Ölkə ərazisində bu günə olan hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Ölkə ərazisində bu günə olan hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Çovğun olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Çovğun olacağı ehtimalı var.

Temperatur gecə və gündüz 0-2° isti, axşam 3°-dək şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 3°-dək şaxta olacaq.

Atmosfer təzyiqi normadan yüskək 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, axşam bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 1-6° şaxta, dağlıq ərazilərdə 10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.

Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Temperatur gecə 4-9° şaxta, gündüz 0-4° şaxta təşkil edəcək.
Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti təşkil edəcək.
Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı, axşam bəzi yerlərdə güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə sulu qara keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Temperatur gecə 0-3° isti, gündüz 3-6° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Xəbərdarlıq

Yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək ölkə ərazisində hava şəraitinin günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30-da axşam və 31-də 1-3° şaxta, fevralın 1-2-də gecə saatlarında 4-6° şaxta, gündüz saatlarında 0-3° şaxta təşkil edəcək.

Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm