Qırmızı.az
Qayınanasını öldürüb, evinə od vurdu – Bakıda
Bakının Mehdiabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
Sakinlərin Axar.az-a verdiyi məlumata görə, qəsəbədə Məlahət Əliyusif qızı Rəsulovaya məxsus birmərtəbəli evdə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə briqadası dərhal hadisə yerinə gəlib, yanğını lokallaşdırsalar da, evdən Məlahət Rəsulovanın meyiti tapılıb. Heç bir yanıq xəsarəti olmayan meyitə ilkin olaraq tüstüdən zəhərlənmə diaonozu qoyulub.
Lakin bu gün ekspertizanın ilkin rəyində Məlahət Rəsulovanın boyun nahiyəsində zorakılıq əlamətlərinin aşkarlandığı və onun boğulduğu təsdiqlənib.
Qonşular bildirirlər ki, ötən gün Məlahət Rəsulovanın qızı öz nişanlısı ilə evə gəlib və ailələr arasında bir müddətdir başlayan mübahisə yenə də davam edib. M.Rəsulova gələcək kürəkəninə toydan sonra qızının öz yanında yaşaması barədə növbəti dəfə təkid edib. Bu isə kürəkəni razı salmayıb.
Evdən nişanlısı ilə çıxan və əslən Gəncədən olan gənc bir müddət sonra yenidən Mehdiabada, qayınanasının evinə qayıdıb. Az sonra isə evdən çıxıb və evdə yanğın başlayıb. Sakinlərin sözlərinə görə, M.Rəsulovanı boğan da, evi yandıran da kürəkənidir. Onun mübahisə zəminində qayınanasını qətlə yetirdiyi bildirilir.
Abşeron Rayon Polis Şöbəsində faktı təsdiqləyiblər və şübhəlinin artıq həbs olunduğunu bildiriblər.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək