Qırmızı.az
Şəhidlərimizdən doqquzunun adı məlum oldu - SİYAHI
Şəhidlərimiz adı məlum oldu.
Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.
Həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün
olmayıb.
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda
vəfat edib.
***
İyulun 31-də saat 20.00-da Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsa Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
***
11:11
Əldə etdiyimiz məlumata görə, şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.
Bu barədə Publika.az-a kənd sakinləri məlumat verib.
Məlumatlara görə, ermənilərin atəşkəsi pozması nəticəsində 11
hərbçimiz şəhid olub, 1 mülki şəxs yaralanıb.
11:34
İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının vurduqları Azərbaycan əsgərlərindən ikisinin adı məlum olub.
Tərtər rayonun Qapanlı kənd verdikləri məlumata görə görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi Vüqar Poladov və Elnur İbrahimovdur. Sakinlərin sözlərinə görə, onların hər ikisi müddətli hərbi xidmət qulluqçususdur.
***
12:13
Ötən gecə ermənilərin təxribat hücumu cəhdi nəticəsində şəhid olan daha bir əsgərin adı məlum olub. ANS-in xəbərinə görə, bu Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğludur.
O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib.
Faktı Xaçmaz rayon icra başçının birinci müavini Yetkin Mehmanov təsdiqləyib. O, bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.
12:30
Şəhid əsgərlərimizdən biri Əhmədov Qaryağdı Eldar oğlunun şəkili Feysbuk sosial şəbəkəsində paylaşılıb.
12:56
Şəhid olan daha iki əsgərimizin adı məlum olub. Dünyasını dəyişən əsgərlərimizdən ikisi Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov və Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimovdur.
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu