Dostunun qızına göz qoydu, ölümünə səbəb oldu
Bizi izləyin

Qırmızı.az

Dostunun qızına göz qoydu, ölümünə səbəb oldu

Əsəblərini cilovlaya bilməyən qardaş bacısını başından güllələyib

Türkiyənin Ərzurum vilayətində bacısını öldürən gənci polis yaxalayıb.

Anspress-in məlumatına görə, hadisəyə səbəb qısqanclıq olub.

Belə ki, Maruf A. adlı avtobus sürücüsü ailəsilə birlikdə dostu Nurettin K.-nın evlərinə qonaq gedib. Qonaqpərvər olan Nurettin K. və ailəsi onları yaxşı qarşılayır. Bir müddət sonra Maruf A. həyətdəki avtobusunu yumağa balayıb. Lakin onun məqsədi fürsət tapıb dostunun kiçik qızı Havva K. ilə tək qalmaq olub.

Maruf A. evdəkilərin başlarının qarışdığı bir zaman dostunun qızını həyətə çağırıb. Sonra isə onunla sevişməyə başlayıb. Bunu görən qızın böyük qardaşı Umut K. ov tüfəngini götürüb və onları vurmaq istəyib. Qorxudan nə edəcəyini bilməyən Maruf A. avtobusa minərək aradan çıxıb. Əsəblərini cilovlaya bilməyən Umut K. bacısını başından güllələyib. Havva K. hadisə yerində ölüb.

Polislər bacısını öldürən Umut K.-ni həbs edib və məhkəməyə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm