Ruhəngiz Musəvidən şəhidlərimizə hörmətsizlik
Bizi izləyin

Qırmızı.az

Ruhəngiz Musəvidən şəhidlərimizə hörmətsizlik

Dünən Azərbaycan ordusu 8, bu gün isə 4 hərbçisini şəhid verib.

Belə bir vaxtda “Space” kanalının musiqili verilişlərin yayımına ara verməməsi tamaşaçıların etirazına səbəb olub.

Telekanal hələ də öz efir proqramında dəyişiklik etməyib. Bu gün "Hər səhər" əyləncəli veriliş efirə gedib. Proqramda xalq artisti, kamança ifaçısı Abbasqulu Nəcəfzadənin ad günü qeyd olunub. Xalq artisti Teymur əmi, əməkdar artist Gülbahar Şükürlü, müğəni Səyyad Əlizadə, Ruhəngiz Musəvi və başqaları mahnılar ifa edərək səbəbkara ad günü təbriklərini çatdırıblar.

Aktual.az-a danışan müğənnilər bu verilişin 4 gün əvvəl çəkildiyini, lakin bu gün efirə getdiyini deyiblər.

Səyyad Əlizadə verilişin efirə getməyindən təəssüfləndiyini deyib: “ Bu veriliş çəkilişdir, canlı yayım deyil. 4 gün bundan əvvəl proqramın çəkilişində olmuşuq. Bilirsinizmi, mən özüm də övlad itirmişəm. Bir valideyn üçün bunun nə demək olduğunu hamıdan yaxşı bilirəm. Verilişə bu gün baxmamışam. Xəbərim yox belə yox idi. Ağlıma da gəlməzdi ki, efirə gedib. Düzü elə hər yer çal-çağırdır. Gərək hər yerdə onların ruhuna hörmət qoyulsun. Allah səbr versin. Yenə də təəssüflənirəm. Gərək efirə verilməyəydi”.

Qarmon ustası Gülbahar Şükürlü isə insanların qəzəbini qazanmaqdan qorxduğunu deyib: “ Bu veriliş 4 gün əvvəl çəkilib. Həmin gün hazırlıqsız gəlmişdim, əynimdə şalvar var idi. Kanalın əməkdaşlarından biri ilə əlaqə saxlayıb demişdim ki, məni efirdən kəsin, geyimim xoşuma gəlmir. Dünən də təkrar danışdıq, dedim indi səbəb çoxdur, yəqin ki, efir olmaz. Dedi siz nə danışırsınız, yəqin ki, sabah olmayacaq efirdə, o qədər şəhid vermişik. Səhər oyanıb baxdım, çox dap is həyəcan keçirdim. Qohumlarım da zəng edir. Axı insanlar bilmir ki, bu çəkilişdir. Səhər efir zamanı da zəng vurdum. Düz deyildi, o qədər gözüyaşlı analar var. Verməsəydilər yaxşı idi…”

Gülyanaq Məmmədova isə dünənki tədbirini təxirə saldığını və efirdə çıxışının nümayişindən xəbərsiz olduğunu deyib.

Ruhəngiz Musəvi isə nə iştirakından, nə nümayişdən narahat olmadığını bildirib: “Bu çəkiliş idi də… Nə dəxli var. Allah rəhmət eləsin, indi vətən yolunda gediblər də… Veriliş gözəl verilişdir, bizim də işimiz budur. Mənim heç kimə “pretenziyam” yoxdur… Mən belə fikirləşirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm