“Hamımız Qarabağa getməliyik” – Qamətdən sələfilərə çağırış
Bizi izləyin

Qırmızı.az

“Hamımız Qarabağa getməliyik” – Qamətdən sələfilərə çağırış

Azərbaycanlı sələfilərin lideri Hacı Qamət Süleymanov cəbhə bölgəsində baş verən son olaylara münasibət bildirib.

AzVision.az xəbər verir ki, Q.Süleymanov tərəfdarlarına bəyan edib ki, cihaddan söhbət gedirsə, Qarabağ əsl cihaddır.


“İndiki müharibələr Qarabağ müharibəsinə oxşamır. Əgər cihaddan söhbət gedirsə, Qarabağ əsl cihaddır. Qarabağ Azərbaycanın torpağıdır. Ermənilər hamısı kafirdir. Bu baxımdan Qarabağı azad etmək bizim üçün vacibdir. Kim Qarabağa gedib döyüşsə və ölsə, əgər niyyəti gedəndə torpaqlarımızı azad etməkdirsə, o, inşallah, şəhiddir. Bizə vacib olan Qarabağdır və onu azad eləmək. Səfərbərlik olsa, hamımız Qarabağa getməliyik”.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm