Sərnişin avtobusu qəza törətdi
Bizi izləyin

Qırmızı.az

Sərnişin avtobusu qəza törətdi

Gecə Bakının Yasamal rayonunda 3 avtomaşının toqquşmasına səbəb olan zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Şərifzadə küçəsində qeydə alınan hadisə zamanı 13 saylı marşurut xətti ilə hərəkət edən Zaur Əhmədovun idarə etdiyi sərnişin avtobusu əvvəlcə qarşıda hərəkət edən Namiq Əliyevə məxsus “Tofaş”a çırpılıb. “Tofaş” isə öz növbəsində yol kənarında hərəksiz vəziyyətdə dayanan “Mercedes”lə toqquşub.

Publika.az-ın məlumatına görə, qəza zamanı avtobusda sərnişin olmayıb, “Tofaş”ın sürücüsü isə yüngül dərəcəli xəsarət alıb.

Hadisənin, Zaur Əhmədovun nəqliyyat vasitəsini sürətlə idarə etməsi və qarşıda hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini düzgün seçməməsi səbəbindən törətdiyi ehtimal olunur.

Qəzanı törədən avtobus sürücüsünün hadisəni sərxoş vəziyyətdə törədib-törətmədiyi isə araşdırmalardan sonra məlum olacaq. Bu məqsədlə o, izahatının alınması üçün Yasamal rayon dövlət yol polis şöbəsinə aparılıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm