Qırmızı.az
Azərbaycan daha bir zabitini itirdi
Dünən anasının adından Azərbaycan mediasına müraciət edərək, müalicəsi üçün kömək istəyən ağır xəstəliyə tutulmuş mayor Rəşid Nəbi oğlu Məmmədov bu gün vəfat edib.
Bu barədə Modern.az saytına mərhum zabitin yaxınları məlumat
veriblər.
Bildirilib ki, Göygöldəki Rəsulzadə küçəsində kirayə mənzildə
yaşayan Məmmədovlar ailəsi mərhumun dəfnini rayon mərkəzində təşkil
edə bilmədiyindən, cənazəni Əbləh kəndinə apararaq, orada dəfn
ediblər.
Qeyd edək ki, həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrində
xidmətdə keçirmiş və xidməti dövrünün 80 faizini cəbhə bölgəsində
olmuş mayor Rəşid Məmmədov xərçəng xəstəsi idi.
Onun anası Səriyyə Məmmədova oğluna kömək göstərilməsi üçün dünən
ölkə mediasına müraciət etmişdi.
Müraciətdə bildirilirdi ki, “N” saylı hərbi hissənin mayoru
R.Məmmədov 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış
problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona
myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu
keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi
Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə
olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas
gətirilərək geri çağrılıb. “Baxmayaraq ki, kurs tam başa
çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə
mərhələsi olmalıymış. Amma Azərbaycan tərəfdən maliyyə vəsaiti
ödənilmədi”,– deyə S.Məmmədova bildirmişdi.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO