• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Arif Yunus həbs olundu

Arif Yunus həbs olundu

Arif Yunusov barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Arif Yunusovun Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşlarına qəsdən kömək edərək dövlətə xəyanət etməsi və dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməsində əsaslı şübhələr olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın normal gedişinə mane olmasına, istintaqın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsinə dair kifayət qədər dəlillərin olmasına baxmayaraq, səhhəti ilə əlaqədar müalicə müəssisələrinə müraciət etməsi nəzərə alınaraq, humanizm prinsipləri rəhbər tutulub 30 iyul 2014-cü il tarixdə barəsində həbslə bağlı olmayan, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Lakin bütün bunlara baxmayaraq, A.Yunusov həmin tarixdən etibarən qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib.

Belə ki, qətimkan tədbirinin icrasını həyata keçirən polis orqanı tərəfindən A.Yunusovun yaşadığı rayonun ərazisini müvafiq icazə olmadan dəfələrlə tərk etməsi, cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşləri, internet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verməsi, polisin müvafiq əməkdaşı dəfələrlə onun yaşadığı mənzilə gəldikdə evdə olmaması, eləcə də müəyyən edilmiş cədvəl üzrə polis orqanına gəlmə qrafikinə əməl etməyərək çağırışlara vaxtında gəlməməsi müəyyən edilib.

Göstərilənlərin əsasında əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilərək A.Yunusovun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR