
Azərbaycanda 3 nəfər ölümdən qurtarıb.
ANS PRESS-in məlumatına görə, Xaçmaz rayonunda dənizdə 2 nəfər
batma təhükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə daxil olmuş məlumata əsasən, onlar nazirliyin “Seyidli”
sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas
olunub.
Daha bir nəfər isə Bakı şəhəri, Qaradağ rayonunda dənizdə batma
təhükəsi ilə üzləşib.
Həmin şəxs nazirliyin “Lökbatan” sularda xilasetmə məntəqəsinin
xilasedicisi tərəfindən xilas olunub.