Bakı-Şamaxı yolunda 3 avtomobil toqquşub: 1 ölü, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakı-Şamaxı yolunda 3 avtomobil toqquşub: 1 ölü, 3 yaralı

Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib.

Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib.

Hadisə yanvarın 30-da axşam saat 21:00 radələrində yolun 70-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. 10-ET-878 dövlət nömrə nişanlı “VAZ 2105” markalı, 90-SA-030 dövlət nömrə nişanlı “Priora” və 10-LR-600 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı “VAZ 2105” markalı avtomobilin sürücüsü, Göyçay rayon sakini 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Niman oğlu dünyasını dəyişib, anası 1955-ci il təvəllüdlü Məmmədova Brilyant Cəlal qızı və qaynanası 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm