Ağstafada maşın körpüdən düşüb: 4 nəfər həlak olub
Bizi izləyin

Qırmızı.az

Ağstafada maşın körpüdən düşüb: 4 nəfər həlak olub

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə saat 22 radələrində Qazax-Ağstafa yolunda "BMW" markalı avtomobilin yoldan çıxması nəticəsində yaşanıb. Qarın yağması ilə yolun sürüşkən olması avtomobilin körpünü keçmək istəyərkən aşmasına səbəb olub. Hadisə nəticəsində dörd nəfərin dünyasını dəyişdiyi bildirilir. Avtomobildə olan sərnişinlərdən ikisi hadisə yerində, daha iki nəfərin isə xəstəxanada öldüyü deyilir.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu deformasiyaya uğramış maşını ayırıb meyitləri və yaralıları çıxarıblar. Xəsarət alanlar xəstəxanaya aparılıb. Yaralılar barədə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm