Kolleclərə plan yerlərinin sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Kolleclərə plan yerlərinin sayı açıqlandı

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Publika.az-ın məlumatına görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6414 plan yeri ayırılıb.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi internet vasitəsilə avqustun 8-dən avqustun 13-dək davam edəcək. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları ilə yanaşı ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını almalı və onun şifrindən istifadə etməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar. İxtisas seçimi haqqında elan “Abituriyent” jurnalının 5-ci sayında təqdim olunmuşdur. Jurnalda orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm