Qırmızı.az
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 1-15 iyul tarixlərində 17962 nəfər ərizə verib, onlardan 16810 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə, test imtahanlarına buraxılıb.
İmtahanlar 2014-cü il iyul ayının 21-dən 27-dək davam edib. İmtahanlarda iştirak etmiş 13544 nəfərdən 1837-si müsabiqənin üçüncü mərhələsinə-müsahibəyə buraxılıb. 30-31 iyul və 1 avqust tarixlərində keçirilmiş müsahibələrin nəticələrinə görə 1304 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb.
Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib.
Vakant qalan yerlər, həmçinin yeni yaranmış vakansiyalar bir daha təhlil ediləcək və əlavə yerləşdirmə aparılacaq. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tutmaq hüququ qazanmayanlar 25-29 avqust tarixlərində “Şəxsi səhifə”sinə daxil olaraq vakant yerlərdən ən çoxu 4-nü seçə bilərlər. 29 avqust, saat 18:00-da əlavə yerləşdirmə başa çatacaq, dərhal yerləşdirmə aparılacaq və vakant yer tutmaq hüququ qazananlar üçün sentyabrın 1-də müsahibə keçiriləcək. Müsahibənin vaxtı və yeri barədə “Şəxsi səhifə”yə məlumat göndəriləcək. /bizimyol.info/
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi