• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Ağlıma gəlməzdi ki, məhkəmə sədri və hakim ləyaqətini, şərəfini pula satacaq” - Anar Niftəliyev

“Ağlıma gəlməzdi ki, məhkəmə sədri və hakim ləyaqətini, şərəfini pula satacaq” - Anar Niftəliyev

“Artıq 25 gün keçməsinə baxmayaraq, Yasamal Rayon Məhkəməsi qətnaməni bizə, rəsmi olaraq, təqdim etməyib. Qətnaməni əldə edən kimi apelyasiyaya şikayət verəcəyik. Ədalət bərpa olunana qədər Ali Məhkəməyə və Avropa Məhkəməsinə şikayət ediləcək”.

Bu sözləri Bakı Slavyan Universitetinin mərhum dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev Aktual.az-a açıqlamasında deyib. O, iyulun 14-də Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə hakimin ədalətsizliyindən danışaraq, qeyd edib ki, hakim və məhkəmə sədri rüşvət alaraq, həkimlərin xeyrinə qərar çıxarıb:

“Bu barədə mətbuata açıqlama verərək, bütün detalları qeyd etmişdim. Hansılar ki, məhkəməni saymayıb pul verməmişdilər, onların əleyhinə qərar çıxarıldı. Digərləri iyul ayının 4-də keçirilən prosesə vəkillərlə gəlib vaxt istəmişdilər. İyulun 9-dakı məhkəmə prosesi təxirə salındı. Məlum oldu ki, hakim Mətanət Qasımova Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovun otağında bizim işi müzakirə edirlər. İyulun 14-də keçirilən prosesdə məlum oldu ki, qarşı tərəfin hər ikisi vəkildən imtina edərək prosesə gəlib.

Heç vaxt məhkəməyə gəlməyən adamlar iyulun 4-də vəkil tuturlar, iyulun 9- da məhkəmə təxirə salınır, iyulun 14-də son prosesdə onlar vəkildən imtina edərək məhkəməyə gəlirlər. Bu o deməkdir ki, onların vəkilə ehtiyacı olmayıb. Çünki iyulun 9-da pullarını veriblər və məhkəmə sədri ilə də hakim pulları öz aralarında bölüblər. Avqustun 9-u olmasına baxmayaraq, hələ də qətnaməni əldə edə bilməmişik. Qanunvericiliyə görə, hər iki tərəfə, rəsmi olaraq, 15 gün müddətində qətnamə təqdim edilməlidir”.

A.Niftəliyev bildirib ki, növbəti məhkəmə proseslərində bütün məsələlər mətbuatda ictimailəşdiriləcək:

“Məhkəmə proseslərində medianı dəvət etməmişdim. Ümumiyyətlə, açıqlama da vermək istəmirdim. Heç zaman ağlımdan keçməzdi ki, hansısa bir hakim və ya məhkəmə sədri insan qanını batırmaqdan ötrü öz ləyaqətini , şərəfini, bu dərəcədə, unudub rüşvət ala bilər. Düşünürdüm ki, məhkəmə maddi təzminat tələbimizi dəyərləndirəcək. Artıq qərar vemişəm ki, apelyasiyada medianın nüfuzundan istifadə etməyə cəhd göstərəcəyəm. Məhkəmələrdə çalışacağam ki, həmkarlarımın da iştirakını təmin edim”.

Xatırladaq ki, mərhum tənqidçi Elnarə Tofiqqızı 2013-cü il sentyabr ayının 20-də həkim terroru nəticəsində dünyasını dəyişib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR