1676 çətənə kolu məhv edilib
Bizi izləyin

Qırmızı.az

1676 çətənə kolu məhv edilib

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Hacıkənd qəsəbəsində “Xaşxaş 2014” şərti adı altında əməliyyat-axtarış tədbirləri keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən tədbir nəticəsində Hacıkənd yolunun sağ tərəfində, 1,5 hektar boş sahədə ümumi çəkisi 1237 kiloqram yabanı halda bitən 1676 ədəd çətənə kolu aşkar edilərək yığılıb və yandırılma yolu ilə məhv edilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm