Sabah yollar buz bağlayacaq-HAVA
Bizi izləyin

Qırmızı.az

Sabah yollar buz bağlayacaq-HAVA

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sabah arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə və səhər 4-6, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir. Bölgələrdə də arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı, yolların buz bağlayacağı gözlənilir.

Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 0-4, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm