Sərhədi pozan 47 nəfər saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Sərhədi pozan 47 nəfər saxlanıldı

2014-cü ilin iyul ayı ərzində Azərbaycan dövlət sərhədini pozduqları üçün 33 halda 47 nəfər saxla­nılıb.

Publika.az Dövlət Sərhəd Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, onların 24 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Özbəkistan, 4 nəfəri Moldova, 3 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə və hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası, İran İslam Respublikası və Ukrayna vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 20 halda 25 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 234 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda 22 kiloqram 166 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm