Qırmızı.az
Cənub bölgəsinə yağan qar əksər kəndləri işıqsız qoydu
Ötən axşamdan başlayaraq cənub bölgəsinə yağan intensiv qar həyatı iflic edib.
Bölgənin bütün rayonlarında avtomobillərin hərəkəti çətinləşib. Lənkəran rayonuna düşən qarın qalınlığı 40-50 sm təşkil etsə də, rayon ərazisində elektrik enerjisinin və təbii qazın veriişində fasilələr yaranmayıb.
Buna baxmayaraq, rayon ərazisində magistral və şəhərdaxili
yoların qardan təmizlənməməsi bir sıra çətinliklər yaradıb. Belə
ki, səhər saatlarında başlayaraq ictimai nəqliyyatın işi iflic
olub. Kəndlərdən şəhərə getməli olan sakinlər pay-piyada hərəkət
etməli olublar.
Astarada isə yolların vaxtında qardan təmizlənməsi avtomobillərin
hərəkətində ciddi çətinliklər yaratmayıb. Buna baxmayaraq, rayon
ərazisində yol qəzalarının qarşısını almaq mümkünsüz olub. Rayon
ərazisində güclü küləklə müşahidə olunan qarın yağması əsasən
elektrik enerjisinin verilişində çətinliklər yaradıb. Ötən axşamdan
başlayaraq rayonun əksər yaşayış məntəqələri enerjisiz qalıb.
Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində
işlər davam etdirilir.
Bölgədə qarın daha çox düşdüyü rayonlar isə Lerik və Yardımlı olub.Hazırda hər iki rayon ərazisində qarın qalınığı 40-50 sm çatıb.Yardımlıda qar fəsadlar törətməsə də, Lerikin 50 kəndinə enerjinin verilişində problemlər yaranıb, ucqar kəndlərə gediş-gəliş çətinləşib. Gün ərzində 30 kəndə enerjinin verilişi bərpa olunsa da, hazırda 20 kənd enerjisizdir. Bölgədə qarlı-yağıntılı hava şəraiti hazırkı saatlarda da davam edir. /gun.az/
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO