Cavad Heyətin vəsiyyəti yerinə yetirildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Cavad Heyətin vəsiyyəti yerinə yetirildi - FOTOLAR

Bakıda vəfat etmiş dünyaca ünlü Azərbaycanlı alim, professor Cavad Heyətlə vida mərasimi keçirilir. Doktor Cavad Heyətin vida mərasimi Azərbaycan Elmlər Akademiyasının binasında təşkil olunub.

Musavat.com-un verdiyi məlumata görə, Cavad Heyətlə vidalaşmaq üçün çoxlu sayda insan həmin ünvana üz tutub. Və gələnlərin sayı artmaqda davam edir. Mərasimdə ilk sözü yazıçı Anar deyib. O, Cavad Heyətin ölümünü Azərbaycan üçün böyük itki adlandırıb.

Mərasim başlamadan öncə müxbirimiuz bir sıra tanınmış simadan Cavad Heyətlə bağlı fikirlər alıb. Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov professor Cavad Heyətlə bağlı xatirələrini musavat.com-la bölüşüb. A.Məhərrəmov mərhumuvətənpərvər bir insan kimi xarakterizə edib: "Cavad müəllim Azərbaycanda yaşayıb, yaratdığı illərdə onunla mütəmadi görüşərdik. Qarabağ məsələsinə, Azərbaycançılıq ideologiyasına bağlı insan idi. Allah rəhmət eləsin".

Hazırda vida mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkili Nizami Cəfərov, yazıçı Kamal Abdulla və şair Fikrət Qoca da iştirak edir.

O cümlədən, mərhumla vida mərasiminə İrandan da xeyli sayda qonaq gəlib.

Milli Şuranın sədri, professor Cəmil Həsənli də dəfn mərasiminə qatılıb. C. Həsənli musavat.com-a bunları deyib: "O, böyük elm adamı idi. Hesab edirəm C.Heyət elmdə, ictimai münasibətlərdə, həm də milli fikir tarixində öz sözünü demiş şəxsiyyətdir. Bir tərəfdən bir cərrah, tibb adamı kimi, digər tərəfdən bir fikir adamı kimi araşdırmaları çox dəyərlidi. Məni onunla Bəxtiyar Vahabzadə tanış edib. O "Varlıq" jurnalı ki, var idi, o bir simvol idi. Sanki jurnal "biz türklər varıq, dilimiz var", - deyə hayqırırdı. Odur ki, Cavad Heyətin ölümü bəşəriyyət üçün böyük itkidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm