SABAH qruplarına 738 tələbə qəbul olunub
Bizi izləyin

Qırmızı.az

SABAH qruplarına 738 tələbə qəbul olunub

Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, SABAH qruplarına 738 tələbə qəbul olunub. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, SABAH qruplarının Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılması nəzərdə tutulub. Musabiqə prosesi üç mərhələdən – elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub.

Elektron ərizələrin qəbulu SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində aparılıb. Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib.

SABAH qruplarına test imtahanı 6 iyul 2014-cü il tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm