DİN şadlıq evindəki partlayışla bağlı rəsmi məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN şadlıq evindəki partlayışla bağlı rəsmi məlumat yaydı

DİN Bakıda şadlıq evinin həyətində baş vermiş partlayışla bağlı rəsmi məlumat yaydı.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 15-də saat 15:00 radələrində paytaxtın Nizami rayonu Çobanzadə küçəsində yerləşən "Sultan" şadlıq sarayının həyətində məişətdə istifadə edilən qaz balonunun sızmasından ani partlayış baş verib.

Orada təmizlik işləri aparan Bakı şəhər sakini Əlif Əhmədov və Şamaxı rayon sakini Tural Comərdov yanıq xəsarətləri aldıqlarından xəstəxanaya yerləşdirilib, T.Comərdova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm