Siqaretin partlaması adam öldürdü
Bizi izləyin

Qırmızı.az

Siqaretin partlaması adam öldürdü

Alimlər elektron siqaretin təhlükəli olması barədə dəfələrlə xəbərdarlıq ediblər.

ANS PRESS-in məlumatına görə, elektron siqaretin tərkibində nikoptin və spiralın qızması nəticəsində əmələ gələn bir sıra təhlükəli maddələr var. Bu siqareti çəkən adam gözərən tütünün tüstüsü yerinə bitki tərkibli qliserin və propilenqlikol udur. Adi siqareti əvəzləyən analoq ağ ciyər xəstəlikləri, o cümlədən onkoloji xəstəliklər riskini artırmaq iqtidarındadır.

Britaniyada elektron siqaretin partlaması nəticəsində 62 yaşlı kişi dünyasını dəyişib. O, qurğunu yükləməyə lazımi qaydada qoşmadığı üçün qacet partlayıb və yaxınlıqda içərisində oksigen olan balonu deşib. Yanğın və güclü partlayış baş verib. Həkimlər kişini xilas edə bilməyiblər.

Alimlər elektron siqaretdən imtina etməyi və bu zərərli vərdişdən tamamilə əl çəkməyi məsləhət görürlər. Zəhərlənmə ehtimalını da unutmaq olmaz. Bu problem xüsusilə uşaqlara aiddir. Qurğunun müdafiə sistemi yoxdursa, uşaq mayeni rahat şəkildə içə bilər. Bu da ya güclü zəhərlənməyə gətirib çıxarar, ya da ölümlə nəticələnər.

Qeyd edək ki, elektron siqaret tərkibində nikotin olan kartric və qızdırıcı elementdir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm