
Bakıda həbsxanaya qadağan edilmiş əşya keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, xidmətin əməkdaşları
tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3
saylı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Rauf
Həsən oğlu Həsənova dostu, Bakı sakini Toğrul Bakıxan oğlu
Əsgərovun gətirdiyi sovqata baxış keçirilən zaman "Rexsona" gel
qabının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi
0,082 qram olan narkotik vasitə - heroin aşkar edilərək
götürülüb.
Fakt üzrə araşdırma aparılır.