Qırmızı.az
Şeyxülislam Türkiyəyə gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə din xadimlərindən ibarət nümayəndə heyəti 3 fevral tarixində Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.
Səfərdən məqsəd Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə 4-6 fevral tarixində baş tutacaq 17-ci Avrasiya İqtisadi Zirvəsində iştirakdır. Vəqfin rəhbəri Akkan Suverin dəvəti əsasında həyata keçirilən səfərdə QMİ sədri ilə bərabər Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edəcəklər.
Bir sıra tanınmış dövlət, ictimaiyyət və din xadimlərinin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirdə regional və qlobal dialoqun sülh və barış prosesində əhəmiyyəti mövzusunda keçiriləcək iclasda Şeyxülislam A.Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri məruzə ilə çıxış edəcəklər.
QMİ sədri öz çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini-mənəvi dəyərlərə göstərilən diqqət və qaygı, habelə mövcud dini tolerantlıq mühiti barədə fikirlərini Zirvə iştirakçılarının diqqətinə çatdıracaqdır.
Səfər müddətində QMİ sədri və onu müşayiət edən din xadimlərinin Rum Ortodoks Patriarxı Varfolomey tərəfindən qəbul edilməsi nəzərdə tutulur.
QMİ-nin Mətbuat Xidməti
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO