Bakıda 14 məktəbə direktor təyin olundu
Bizi izləyin

Qırmızı.az

Bakıda 14 məktəbə direktor təyin olundu

Təhsil Nazirliyinin direktor olmaq istəyənlər üçün keçirdiyi təlimləri uğurla başa vuran 14 nəfər Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıb.

Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" uyğun olaraq, Təhsil Nazirliyi ötən ilin noyabr ayında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması təlimlərinə başlayıb. Təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd müasir idarəetmə bilik və bacarığına, strateji düşüncə tərzinə malik, zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir.

Təlimlər zamanı təhsildə keyfiyyətin idarəedilməsi, təhsilin hüquqi və peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulumun nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarəolunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm