Qırmızı.az
Mülki Müdafiə Qoşunlarında hərbi təlimlər keçirilir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının döyüş hazırlığı planına əsasən, hərbi xidmətə yeni çağırılmış gənc əsgərlər üçün xüsusi hazırlıq məşğələləri keçirilir.
FHN-dən AzərTAc-a bildiriblər ki, məşğələlərin keçirilməsində məqsəd gənc əsgərlərə Mülki Müdafiə Qoşunlarının tabeliyində olan ən müasir pirotexniki vasitələri, xüsusi geyim dəstlərini, deşici və kəsici alət və avadanlığı göstərməklə yanaşı, onların praktiki işləmə prinsipini nümayiş etdirməkdir.
Xüsusi hazırlıq dərslərinin gedişində, ilk növbədə ümumi təhlükəsizlik qaydaları, alət və avadanlığın istifadəsi zamanı zəruri və mühüm texniki məlumatlar çatdırılıb. Minaaxtaran heyətin partlayış təhlükəli əraziyə çatdırılması üçün nəzərdə tutulmuş QAZ-27057-nin bazasında pirotexniki avtomobili, onun taktiki-texniki imkanları geniş izah edilib. Partlayış təhlükəsi olan ərazidə mina və hərbi sursatın axtarışı, aşkarlanmış mina və hərbi sursatın zərərsizləşdirilməsi, yerindəcə partladılması məqsədilə istifadə olunan “A 1”, “A 2” və “A 3” qoruyucu geyim dəstləri şəxsi heyətə nümayiş etdirilib.
Sonra gənc əsgərlərin marağına səbəb olan müxtəlif təyinatlı mina növləri, mina axtaran cihazlar ( RP-507, RP-507-T, meduza), şuplama əməliyyatı, elektrik və qeyri-elektrik detonatorları, elektrik və qeyri-elektrik partlama üsulu istehkamçı çantası, mina partlayıcı maşını (KMP) əyani olaraq göstərilib, onların təyinatları izah edilib.
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü