Azərbaycanda daha bir toy gəlinsiz oldu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda daha bir toy gəlinsiz oldu

Masallı rayonunda bəyin kobud hərəkəti toyda gəlinsiz qalmasına gətirib çıxarıb

Rayon sakinlərinin milli.az-a verdikləri məlumata görə, avqustun 18-də toy günü bəy bəzənməsi üçün gəlini gözəllik solonuna gətirib. Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbiləşən bəy gəlinə sillə vurub.


Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini oğlan evinə gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 2-yə qədər toy olub, vur-çatlasın davam edib.


Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.


Hadisənin təfərrüatlarını öyrənməyə çalışırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm