Qırmızı.az
250 qoyun qayalıqdan dərəyə yuvarlandı
Gədəbəydə xeyli sayda xırdabuynuzlu heyvan qeyri-adi şəkildə
tələf olub.
TTV xəbər verir ki, rayonunun Dəyirmandağı kəndinin sakinləri olan
yeznə və qayının qoyun sürüsü Alınçalı yaylağı adlanan ərazidə
otlayırmış. Sürüyə isə onların 12 və 14 yaşlarındakı 2 oğlu nəzarət
edib. Bu zaman qəfil başlayan güclü külək, leysan yağışa
çevrilib.
Uşaqların sözlərinə görə, həmin vaxt uçurumun kənarında olan qoyunlardan biri küləyin təsiri ilə qayalıqdan dərəyə yuvarlanıb. Daha sonra isə digər qoyunlar da ard-arda dərəyə aşıb. Hadisə baş verərəkən qoyunların qarşısını almağa çalışan yeniyetmə də dərədə yıxılmaqdan son anda ağaclardan tutaraq xilas ola bilib. Xatırladaq ki, dərəyə yuvarlan heyvanların cəsədlərini çəkmək üçün çətinliklədə olasa 2 saatdan artıq qayalıqla getməli olduq.
Uzun sürən axtarışdan sonra heyvanların cəsədləri olan yerə çatdıq. Və heyvanların cəsədləri topa şəkildə dərədə idi. Gədəbəy RİH-nin Fövqəladə hallar komissiyasından təsərrüfat sahiblərinə bildirilib ki, heyvanlar sığorta olunmadığından kompensasiya ödənilməyəcək. Heyvanların sahibləri isə deyir ki, hadisə hava şəraiti ilə əlaqədar baş verdiyindən təbii fəlakət kimi qiymətləndirilə və onlara dəyən zərər qismən də olsa ödənilə bilər. Onlar bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR