Uşaq oğurluğu, yoxsa... – TƏFƏRRÜATLAR
Bizi izləyin

Qırmızı.az

Uşaq oğurluğu, yoxsa... – TƏFƏRRÜATLAR

Bakıda kişinin qeyri-qanuni nikahdan olan oğlunu qaçırması ilə bağlı mətbuata məlumat daxil olub. Xəbərə görə, 35 yaşlı İlqar Əliyev 7 yaşlı oğlu Ümid Əliyevi oğurlayıb. Bununla bağlı 30 yaşlı Samirə Nəsirova yaşadığı ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət edib.

Məsələ ilə bağlı Publika.az-a məlumat verən bölmənin təhqiqatçısı Fariz Məmmədov bildirib ki, Samirə Nəsirova ilə İlqar Əliyev bir müddət vətəndaş nikahında yaşasalar da, sonra ayrılıblar. Buna baxmayaraq, İlqar Əliyev qeyri-rəsmi nikahdan dünyaya gələn oğluna öz adını və soyadını verib. Kişi uşağı öz himayəsinə götürmək istədiyini bildirdikdə, qadın onunla razılaşmayıb.

Təhqiqatçı onu da əlavə edib ki, İ.Əliyev rayondan geri çağırılıb. O, 7 yaşlı Ümidi qaçırmaq məqsədilə deyil, istirahət üçün yaşadığı Sabirabad rayonuna apardığını deyib.

Mülki iş olduğundan iş baxılması üçün məhkəməyə göndəriləcək.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm