Lənkəranda yol terroru: piyada yerindəcə keçindi
Bizi izləyin

Qırmızı.az

Lənkəranda yol terroru: piyada yerindəcə keçindi

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə 17:30 radələrində rayonun Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonun Göytəpə şəhər sakini 1957-ci il təvəllüdlü Salayev eldar Elbəy oğlunun idarəetdiyi "Hunday" markalı avtomobil Lerik rayon Amdurmə kənd sakini və bu ərazidə məskunlaşmış 1953-cü il təvəllüdlü Köcəriyev Vəciyyə Balaxan qızını vurub. Piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı Lənkəran rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm