“Abituriyent” jurnalının növbəti sayları satışda
Bizi izləyin

Qırmızı.az

“Abituriyent” jurnalının növbəti sayları satışda

“Abituriyent” jurnalının 9 və 10-cu sayları nəşr olunub.

Publika.az-ın məlumatına görə, jurnalın bu sayında ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələri dərc olunub. Jurnalda həmçinin müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın 10-cu sayında isə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulunun nəticələri dərc olunub. Bununla bərabər, jurnalda ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Hər iki jurnalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm