54 yaşlı qadın bəbirlə döyüşdə qalib gəldi - İnanılmaz
Bizi izləyin

Qırmızı.az

54 yaşlı qadın bəbirlə döyüşdə qalib gəldi - İnanılmaz

Hindistanın Uttarakhand ştatıında 54 yaşlı yerli sakin bəbirlə əlbəyaxa döyüşdən qalib çıxa bilib. Vəhşi heyvanın hücumundan sonra Kamla Devi əlində olan kənd təsərrüfatı alətləri ilə yarım saat mübarizə aparıb. Bəbir ölüb, çoxsaylı zədələr alan hindli qadını xəstəxanaya yerləşdiriblər.

Publika.az “Deyli Mirror”a istinadən xəbər verir ki, kanalın sahilində su götürərkən qəfildən kolların arasından çıxan bəbir qadına hücum edib. Qadının özünü müdafiə etməsi üçün yalnız iki aləti – bel və orağı olub.

Qadının sözlərinə görə, əlbəyaxa çarpışma zamanı sanki artıq öldüyünü zənn edib. Lakin son anadək mübarizə aparıb və hücum anından bəbirin öldüyünə tam əmin olanadək 30 dəqiqə keçib. Devi hazırda xəztəxanadadır. Həkimlər ciddi zədələrinə baxmayaraq, onun vəziyyətinin stabil olduğunu deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm