Fəthullah Gülən adamlarını Azərbaycan üçün ölümə səslədi (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Fəthullah Gülən adamlarını Azərbaycan üçün ölümə səslədi (VİDEO)

Türkiyədə bir neçə ay bundan əvvəl hökumətlə qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülən bu həftəki söhbətində Azərbaycandan da bəhs edib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında yaşadığı bildirilən din xadimi Fəthullah Gülənin söhbətlərinin yayımlandığı saytda “Utanılası iş görməmisiniz: mətin dayanın və axirətə borclu gedən siz olmayın (alacaqlı gedin)!” adlı söhbəti yer alıb. Gülən söhbət çərçivəsində Ərdoğanın onları haşhaşilərə bənzətməsindən tutmuş, bir sıra məsələlərə toxunur. Ən maraqlısı isə o, söhbət daxilində 90-cı illərdə Azərbaycanda yaranmış vəziyyətləri də yada salıb və onların vasitəsilə ölkəmizəd məktəblərin açılmasından söz açıb.

“Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə oraya getmişdilər. Bizimkilər “İşğal edildik” deyə mənə zəng etdilər, dedim ki, “təhlükəli bir gündə, ölmək lazım olan bir gündə onları tərk edib gəlsəniz, gələcəkdə sizə inanmazlar. Onlar bizim qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”. Və ayrılmayıb orada oldular. O məktəblər orada bu şəkildə quruldu və bu sözün də bu işin də şahidi olan dostların da əksəriyyəti bu gün həyatdadır” – deyə Fəthullah Gülən söhbətində vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm