Metroda sərnişinlərə nasazlıq xəbərdarlığı
Bizi izləyin

Qırmızı.az

Metroda sərnişinlərə nasazlıq xəbərdarlığı

Bu gün səhər saatlarında metroda qatarda nasazlıq olub.

Sərnişinlərin Publika.az-a verdiyi məlumata görə, qatar “Nəriman Nərimanov” stansiyasından depoya göndərilsə də, daha sonra ard-arda dolu qatarlar gəlib, bu da sıxlığa səbəb olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev qatarda nasazlıq olduğunu, lakin problemin qısa zamanda aradan qaldırıldığını bildirib: “Səhər 07:40 radələrində “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq olub. “Xalqlar dostluğu” stansiyasında sərnişinlərə nasazlıq olduğu barədə xəbərdarlıq edilib. “Nəriman Nərimanov” stansiyasından qatar depoya göndərilib. Əvəzində 08:02-də yeni qatar göndərilib. Lakin bu hadisə gecikməyə səbəb olmayıb”.

N.Paşayevin sözlərinə görə, nasazlıq qatarın əyləc sistemində olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm