Küçəyə şortiklə çıxdığı üçün bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Küçəyə şortiklə çıxdığı üçün bıçaqlandı

Abşeron rayonu, Məhəmmədi kəndində qonşuların davası bıçaqlanma ilə nəticələnib. Rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə saxlanılan 43 yaşlı Faiq Ağabəyov qonşusu Natiq Məmmədovu bıçaqlayaraq, ona ağır dərəcəli bədən xəsarəti yetirib. Yaralı dərhal xəstəxanaya yeləşdirilib.

Faiq Ağabəyov hadisəni törətdikdən sonra bir müddət qaçıb gizlənsə də, keçirilən əməliyyat tədbiri nəticəsində o saxlanılıb və istintaqa cəlb olunub. İfadəsində bildirdib ki, hadisə geyim üstündə baş verib.

Onun sözlərinə görə, zərərçəkən Natiq Məmmədovun küçəyə yarıçılpaq vəziyyətdə cıxması Faiqi əsəbiləşdirib:

“Əynində təkcə şortik vardı, heç mayka da yox idi. Dedim ki, get, əyninə paltar geyin. Sözüm onun xoşuna gəlmədi. Biz mübahisə etdik. Mənə söyüş söydü. Səs-küyə onun ailə üzvləri, oğlanları çıxdı. Bizim dalaşdığımızı görüb onlar da düşdülər mənim üstümə. Digər qonşular bizi güclə ayırdı. Mən də tez gedib evdən bıçaq götürdüm. Anasının, arvadının və uşaqlarının gözü qarşısında Natiqə bıçaq vurdum”.

Faiq Ağabəyov barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm