• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Toy faciə ilə nəticələndi – TƏFƏRRÜATLAR

Toy faciə ilə nəticələndi – TƏFƏRRÜATLAR

Balakən rayonunda toyda silahlı insident baş verib. Balakən rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə şadlıq sarayında qeydə alınıb. Rayonun Yeni Şərifli kənd sakini 27 yaşlı Məhəmməd Kiriyev və 35 yaşlı Telman Soltanov bıçaq xəsarətləri alıblar. Yaralılar dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti orta qiymətləndirilir.

Polis şöbəsindən bildiriblər ki, dava bir neçə gənc arasında düşüb. Belə ki, sərxoş vəziyyətdə ortada oynayan gənclər bir-birinə mane olmağa çalışıb. Sifariş olunan musiqi digərlərinin xoşuna gəlməyib. Bir qrup gənc başqa musiqi sifariş etsə də, qarşı tərəf buna etiraz edib.

Qeyd edək ki, xəsarət alanlardan Məhəmməd Kiriyev Balakən rayon polis şöbəsinin əməkdaşıdır.

İki nəfərin bıçaqlanmasına səbəb olan şəxslərin axtarışları davam edir.

Faktla bağlı cinayət işi bağlanıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR