Qırmızı.az
Xocalı soyqırımı qurbanları Parisdə və Londonda anılacaq
Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə
Parisdə və Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi
anılacaq.
Avropa Azərbaycan Cəmiyyətinin rəsmi saytında xəbər verilir ki,
fevralın 24-də Parisdə Müqəddəs Rox kilsəsində Xocalını anma
konserti keçiriləcək.
Fevralın 26-da isə Londondakı “St. John’s Smith Square” məkanında
Xocalı soyqırımı qurbanlarını anma konserti keçiriləcək.
Bu pulsuz konsertlərdə Nəzrin Rəşidovanın (skripka) və “FeMusa”
ansamblının, həmçinin Səbinə Rakçeyevanın (skripka), Kinan Azmehin
(klarnet) və “Solstis” kvartetinin ifaları dinləniləcək.
Musiqiçilər Azərbaycan və Qərb klassikasının şah əsərlərini, o
cümlədən Pier Tiloyun Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə
bəstələdiyi, klassik musiqi mükafatına (Victoires de la Musique
Classique Award) layiq görülən əsərlər siyahısına daxil edilmiş
“Xocalı 613” əsərini ifa edəcəklər.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO