Bakıda su üstündə qonşunun qanını tökdü
Bizi izləyin

Qırmızı.az

Bakıda su üstündə qonşunun qanını tökdü

Bakının Maştağa qəsəbəsində qonşular qanlıbıçaq olub. 3 saylı Sabunçu Şəhər Xəstəxanasından Publika.az-a verilən məlumata görə, gecə saatlarında xəsətxanaya bədənin müxtəlif yerlərindən kəsilmiş-deşilmiş xəsarətləri ilə yaralı daxil olub. 28 yaşlı Emin Orucov dərhal əməliyyata götürülüb, onun vəziyyəti orta-stabildir.

Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a məlumatı təsdiqləyiblər. Bildirilib ki, hadisə Maştağa qəsəbəsi, Ləhiş bağları ərazisində qeydə alınıb. 28 yaşlı Məhəmməd Tağıyev qonşusu Emin Orucovun bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Məhəmməd Tağıyev saxlanılaraq istintaqa cəlb olunub.

Bıçaqlanmanın baş vermə səbəblərinə gəlincə, polisdən bildirilib ki, hadisəyə səbəb su quyusu olub. Emin Orucov yol kənarında su üçün quyu qazdırıb. Lakin həmin quyu Məhəmməd Tağıyevin evinin qarşısında qazıldığından o, buna etiraz edib. Beləliklə, qonşular arasında mübahisə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm