Bu ilin "yol terroru": 187 ölü, 662 xəsarət
Bizi izləyin

Qırmızı.az

Bu ilin "yol terroru": 187 ölü, 662 xəsarət

Yanvar ayının 1-dən avqust ayının 30-dən Bakı şəhəri üzrə 612 yol nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Publika.az-a verdiyi məlumata görə, qəzalar nəticəsində 187 nəfər həlak olub, 662 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı göstəricidir:

“2013-cü ilin yanvar ayının 1-dən avqust ayının 30-dək baş vermiş hadisələrlə müqayisə etdikdə 35 yol-nəqliyyat hadisəsinin, 34 ölüm faktının, 5 xəsarət sayının aşağı düşdüyünün şahidi oluruq. Bu da yol polisi əməkdaşlarını keçirdiyi təsirli tədbirlərin nəticəsidir”.

Vaqif Əsədov bildirib ki, təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən tədbirlər zamanı Bakı şəhəri üzrə ötən dövrdə 490131 inzibati protokol tərtib edilib.

Pozuntulardan 6189-u avtomobilin sərxoş idarə edilməsi, 2185-i polisin qanuni tələbinə tabe olmaması, 7355- sfetaforun qırmızı işığında keçmə, 1706-sı sürət həddinin aşılması, 455-i avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi, 1866-sı sərnişindaşıma qaydalarının pozulması, 5299-u ötmə, manevretmə qaydalarının pozulması, 68106-sı yol ayrıcılarını keçmə qaydalarının pozulması, 155-i avtoxuliqanlıq, 2808-i avtomobilin sənədsiz idarə edilməsiilə bağlı olub. Hesabat dövründə yol hərəkəti qaydalarını pozan 101000 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Əsədov deyib ki, hadisələrin baş verməsinə səbəb sürət həddinin aşılması olub. Bu, ümumi hadisələrin 51%-i, piyadaların vurulması isə ümumi hadisələrin 50,7%-ni təşkil edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm