İstirahətdən qayıdan ailə qəzaya düşdü: 6 aylıq körpə yaralandı
Bizi izləyin

Qırmızı.az

İstirahətdən qayıdan ailə qəzaya düşdü: 6 aylıq körpə yaralandı

Qax-Şəki yolunun 10-cu kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası olub.

Respublika Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndlərinin kəsişdiyi “Qanlı Qobu” deyilən ərazidə qeydə alınıb. Qəza zamanı Qax istiqamətinə hərəkət edən Qəbələ rayon sakini 36 yaşlı Şirvan Şirinovun idarə etdiyi “VAZ 2104” markalı avtomobil Şəki istiqamətində hərəkətdə olan Bakı şəhər sakini 29 yaşlı Rauf Allahverdiyevin idarə etdiyi "REXTON" markalı avtomobillə toqquşub. Nəticəsində “VAZ 2104” ün sürücüsü Şirvan Şirinov hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişin 45 yaşlı Sahib Zeynalov ağır bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“REXTON" markalı avtomobilin sürücüsü Rauf Allahverdiyev, onun həyat yoldaşı 20 yaşlı Vüsalə Allahverdiyeva, övladları 2014-cü il təvəllüdlü, 6 aylıq Fateh, sürücünün qayınanası 43 yaşlı Vəfa Sadıqova və qayını 16 yaşlı İlkin Sadıqzadə aldıqları müxtəlif bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza yerinə gələn polis əməkdaşları hadisənin səbəblərini araşdırıb. Məlum olub ki, qəzaya düşən REXTON markalı avtomobildə olan iki ailənin üzvü Qax rayonundan istirahətdən qayıdırdı.

İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət və idarəetmənin itirilməsi olub.

Faktla bağlı araşdırmalar aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm