Narkomafiya ilə əlaqəsi olan 3 məmur həbs edildi
Bizi izləyin

Qırmızı.az

Narkomafiya ilə əlaqəsi olan 3 məmur həbs edildi

Meksikada narkomafiya ilə əlaqəsi olan 3 bələdiyyə üzvü həbs edilib.

Xarici mətbuatın verdiyi xəbərə görə, məmurlar işlədikləri yerlərdə kifayət qədər yüksək postlar tutubmuşlar. Onlar Meksikanın ən qanlı kriminal qruplaşması olan “Kabalyeros templarios”la əlbir olublar. Hər üç vəzifəli şəxsin barəsində məhkəmə araşdırmaları başladılıb.

Hüquq-mühafizə orqanları şübhəliləri çoxdan izləyirmiş. Prokurorluğun əlində kifayət qədər dəlil-sübut var.

Belə ki, bələdiyyə sədrlərinin Miçiqan ştatındakı barların birində “Kabalyeros templarios”un bossu Servando Qomeslə görüşləri videolentə çəkilib.

Qeyd edək ki, “Kabalyeros templarios” Latın Amerikasının ən qəddar və güclü bandalarından hesab olunur. Narkoticarət və adam oğurluğu ilə məşğul olan banda baskəsən imici ilə məşhurlaşıb. Onlar rəqib klan üzvlərini məhz bu üsulla edam edirlər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm