Bu ildən Fransada təhsil alan azərbaycanlıların sayı artacaq
Bizi izləyin

Qırmızı.az

Bu ildən Fransada təhsil alan azərbaycanlıların sayı artacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi öz işinə başlayıb. Publika.az-ın məlumatına görə, AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbiri İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə açıb.

Layihə Fəlsəfə və Hüquq İnstitutu ilə Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutu (İNALCO – İnstitut National des Langues et Civilisations Orientales) arasında qurulan elmi əlaqələrdən danışıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclərin elmə marağını artırmaq məqsədilə görülən işlərdən söz açıb. Layihə çərçivəsində azərbaycanlı tədqiqatçıların fransız alimlərin məruzələrindən faydalanacağını dilə gətirib.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye son illər Fransa ilə Azərbaycan arasında beynəlxalq əlaqələrin inkişaf etdiyini vurğulayıb. O, bu ildən etibarən, Fransada təhsil alacaq azərbaycanlı tələbələrin sayında artım gözlənildiyini diqqətə çatdırıb.

Nitsa Sofiya Antipolis Universitetinin Hüquq və İctimai elmlər fakültəsinin dekanı Kristian Vallar tədqiqatçıların elmi araşdırmalar aparması və humanitar elmlərə dərindən yiyələnməsi üçün ali məktəbdə yaradılan şəraitdən danışıb. Fransada təşkil olunan beynəlxalq elmi konfranslarda azərbaycanlı alimlərin iştirakını xüsusi vurğulayıb.


Qeyd edək ki, beynəlxalq yay məktəbi sentyabrın 11-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm