Lənkəran yolu bağlandı
Bizi izləyin

Qırmızı.az

Lənkəran yolu bağlandı

Lənkəran rayonuna giriş məhdudlaşdırılıb. Buna səbəb rayonun giriş hissəsində yerləşən Qumbaşı körpüsünün qəzalı vəziyyətdə olmasıdır.

Lənkəran Rayon Yol İstismar İdarəsinin rəisi Sədrəddin Ağayevin Publika.az-a verdiyi məlumata görə, çoxdan qəzalı vəziyyətdə olan körpüdə hazırda təmir işləri aparılır: “Tez-tez Qumbaşı körpüsündə profilaktik tədbirlər görürdük, lakin hazırda körpü qəzalı vəziyyətdə olduğundan buradan keçid təhlükəlidir. Ona görə də körpünü təmirə bağladıq”.

Dünən gün ərzində yalnız minik maşınları bu körpüdən buraxılsa da, bu gün həmin istiqamətdə bütün avtomobillərin hərəkərti dayandırılıb.

S.Ağayevin sözlərinə görə, 3-4 günə təmir işləri bitdikdən sonra körpü yenidən istifadəyə veriləcək. Ərazidə asfalt-betonlaşma işləri aparılır.

Hazırda Lənkəran rayonuna giriş minik avtomobilləri üçün Masallının Boradigah qəsəbəsi ərazisindən, yük avtomobilləri üçün “Ləvəngi” dairəsi ilə Boradigah istiqamətindəndir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm