Dəmir yolu təzə vaqonlar alır
Bizi izləyin

Qırmızı.az

Dəmir yolu təzə vaqonlar alır

“Azərbaycan Dəmir Yolları” İsveçrənin “Stadler” şirkətindən 30 sərnişin vaqonu alacaq. 2015-ci ildə Bakı-Tiflis-Qars dəmiryolu işə düşəndə həmin vaqonlardan istifadə ediləcək.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, yaxın bir neçə ildə Azərbaycanda vaqon zavodu istifadəyə veriləcək. Bundan sonra tədricən xarici ölkələrdən vaqon alınmasına son qoyulacaq.

“Yerli vaqonların istehsalı üçün Gəncədə vaqon deposu nəzdində yeni zavod tikiləcək. Zavodun tikinti işləri yaxın zamanda başlanacaq. Artıq zavodun tikintisi üçün İsveçrənin “Stadler” şirkəti ilə işbirliyi yaradılıb. Şirkətin nümayəndələri Bakıda və Gəncədə olublar. Artıq Gəncə İcra Hakimiyyəti tərəfindən zavodun tikintisi üçün torpaq sahəsi ayrılıb. Zavodun tikiləcəyi əraziyə baxış keçirilib. 3 ildən sonra zavod istehsala başlayacaq.

Bundan sonra, oturacaq və yataq tipli öz vaqonlarımızdan istifadə edəcəyik. Bu vaqonlar bütün istiqamətlər üzrə hərəkət edən qatarlarda tətbiq ediləcək. Bu zavodda istehsal edilən vaqonlar müasir tələblərə cavab verəcək. Sərnişinlərin təhlükəsizliyi baxımdan yeni vaqonlar çox əlverişli olacaq. Həmçinin zavodda köhnə vaqonların təmir edilməsi mümkün olacaq”.

N.Əzməmmədov bu il yay fəslində dəmiryolundan istifadə edənlərin sayında 5-10% artım qeydə alındığını bildirib:

“Artım əsasən bayram günlərində qeyd alınıb. Digər günlərdə isə istər yerli, istərsə də xarici səfərlərdən istifadə edənlərin sayında fərq müşahidə edilməyib. Bunu da nəzərə alaraq həmin günlərdə xətlərə əlavə vaqonlar qoşulub. Sentyabrın 15-i ərəfəsində də sərnişinlərin rahatlığını təmin etmək üçün əlavə vaqonlar qoşuldu. Həmin günlərdə hər hansı sıxlıq, narahatlıq müşahidə edilmədi. Çünki alternativ nəqliyyat növləri avtobus, hətta bəzi rayonlara hava nəqliyyatı da mövcuddur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm