Zavoddakı partlayışla bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Zavoddakı partlayışla bağlı cinayət işi açıldı

“Baku Steel Company” MMC-də bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a bildirib ki, həmin hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xatırladaq ki, sentyabrın 15-də saat 18 radələrində Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib. Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm