Çeçen qanuni oğru həbs edildi -VİDEO
Bizi izləyin

Qırmızı.az

Çeçen qanuni oğru həbs edildi -VİDEO

Moskva polisi növbəti oğru “sxodkası”nın keçirilməsinin qarşısını alıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminalitet 39 yaşlı çeçen qanuni oğru İslam Edelgireyevin doğum gününü qeyd edirmiş. Kriminal aləmdə “Yekəpər İslam” kimi tanınan qanuni oğrunu başqa “vor zakon”lar təbrik etməyə gəlib - Xızır Akbulatov (ləqəbi Puzır) və Teymuraz Faroyan (Teko Tbiliskiy).

Polis saxlanılanların üzərində axtarış aparıb. İslam və Xızırın üstündən narkotik maddə olan həşiş tapılıb.

İki həftə əvvəl həbsxanadan azad edilmiş Tekonun üzərində qanunsuz heç nə tapılmadığından buraxılıb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm