Qırmızı.az
Ünvanlı sosial yardımın müddəti artırıla bilər
Ünvanlı sosial yardımın verilməsi müddətini bir ildən iki ilə qaldırmaq lazımdır. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımın təyin olunması və ödənilməsi ilə bağlı araşdırmalarını yekunlaşdırmaq üzrədir.
Nazirin fikrincə, Azərbaycanda ünvanlı sosial yardımın verilməsi
müddətini 1 ildən 2 ilə qaldırmaq lazımdır: "Çünki təhlillər
göstərir ki, hazırda bazadakı informasiyalara görə, ünvanlı sosial
yardım alan ailələrin təqribən 90 faizini eyni ailələr təşkil edir.
Onların hər il sənədləri yenidən yığıb gətirməsinə elə bir ehtiyac
yoxdur. Bunu 2 il müddətinə qaldırmaq lazımdır. Biz artıq bununla
bağlı təkliflərimizi vermişik. Yəqin ki, bununla bağlı
qanunvericilikdə müəyyən dəyişikliklər olacaq".
S.Müslümov həmçinin bildirib ki, ünvanlı sosial yardımın təyin
edilməsinin avtomatlaşdırılması istiqamətində də tədbirlər davam
etdirilir: "Bununla bağlı nazirliyin böyük nümayəndə heyəti bu
yaxınlarda Türkiyə Respublikasında səfərdə olaraq onların
təcrübəsini öyrənəcək. Türkiyədə bu proseslər avtomatlaşdırılıb.
Yəni ehtiyacı olan ailələrə ünvanlı sosial yardım yalnız şəxsiyyət
vəsiqəsinin nömrəsini daxil edib elektron şəkildə ərizə ilə
müraciət etməklə həyata keçirilir. Biz də bu istiqamətdə
səylərimizi davam etdiririk. Eyni zamanda, müxtəlif ölkələrin
təcrübəsini də öyrənirik".
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO