Bu il qarmağa daha az balıq düşüb
Bizi izləyin

Qırmızı.az

Bu il qarmağa daha az balıq düşüb

Balıq ovu kvotadan az olub

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq ölkədə ötən il 101 hüquqi və fiziki şəxs üçün balıq ovuna 1166,8 ton kvota verilib.

Publika.Az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, həmin kvotaya qarşı 793,8 ton balıq ovlanıb.

Ovlanmış balığın 206 tonu kilkə, 150 tonu siyənək, 125 tonu kefal, 117 tonu kütüm, 72 tonu külmə, 59 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Balıqçılar tərəfindən kvotanın alınması üçün 16,4 min manat ödənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm