• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakı Slavyan Universitetində Maksim Qorkinin nəvəsi ilə görüş

Bakı Slavyan Universitetində Maksim Qorkinin nəvəsi ilə görüş

Sentyabrın 19-u tanınmış rus yazıçısı Maksim Qorkinin nəvəsi, E.Vaxtanqov adına Moskva akademik teatrın aktirisası Darya Maksimovna Peşkova, yazıçının ulu nəvəsi aktirisa Yekatrina Aleksandrova Peşkova və onun oğlu Timafey Yevgeneviç Peşkov Bakı Slavyan Universitetinin qonağı oldular.

Ali təhsil müəssisəsinin rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə universitetin rektoru prof. A. Hacıyev qonaqları salamladı, Azərbaycanda rus dili və mədəniyyətinə olan böyük diqqət və BSU haqqında geniş məlumat verdi: ”2000-ci ildə Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Bakı Slavyan Universitetinin inkişafında möhtərəm prezidentimiz İlham Əliyevin böyük rolu vardır. Müəssisəmizin potensialı və dinamik inkişafı bunun bariz nümunəsidir.” O, həmçinin rus ədəbiyyatında əvəzsiz xidmətləri ilə tanınan məşhur yazıçı Maksim Qorkinin yaradıcılığından söhbət açaraq universitetin kitabxanasında yazıçının müxtəlif məzmunlu kitablarının saxlandığını, onların tələbələr tərəfindən maraqla oxunduğunu və tədris olunduğunu vurğuladı.

Tədbirdə Rus ədəbiyyatı kafedrasının dosenti Yaşar Quluzadə, “Русский язык и литература в Азербайджане” jurnalının baş redaktoru, prof. Flora Nacıyeva öz çıxışlarında Maksim Qorkinin yaradıcılığından söhbət açdılar, “Русский язык и литература в Азербайджане” jurnalının yeni nəşri qonaqlara hədiyyə edildi. Azərbaycanda səfərdə olmasından məmnunluq hissi duyduğunu qeyd edən Yekatrina Aleksandrova Peşkova bu ölkəyə, şəhərimizin gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu vurğuladı və öz xatirələrini bölüşdü.

Tədbirdə M.Qorkinin ali təhsil ocağının kitabxanasında saxlanılan kitablarından ibarət stendi

təşkil olunmuşdu. Sonda qonaqlar BSU-nun müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırdılar və Maksim Qorkinin kitablarını xatirə imzası ilə görüş iştirakçılarına hədiyyə etdilər.

BSU-nun Mətbuat xidməti

Xəbər lenti

DAHA ÇOX XƏBƏR